Dünya 17:25 14.02.2020

Türkiyə İdlibə əlavə qüvvələr göndərdi: kolonun sonu görünmür (VİDEO)

Türkiyə Silahlı Qüvvələri gərginliyin artdığı İdlib bölgəsinə əlavə qüvvələr göndərib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 100-dən çox hərbi texnika səhər saatlarından sərhəddən keçərək, İdlibə çatıb.

Son həftələrdə hücumlara ağır şəkildə cavab verən TSQ konvoydakı əsgərlərin və hərbi texnikanın yeni nəzarət məntəqələrinə yerləşdiriləcəyini açıqlayıb.