Xəbər lenti

İdman 11:43 19.06.2023

Türkiyə klubu Namik Ələskərovla maraqlanır

Millimizin və "Sabah”ın futbolçusu Namik Ələskərov yenidən Türkiyəyə qayıda bilər.

Qayanrinfo-nun məlumatına görə, bu barədə qardaş ölkəyə aid sosial şəbəkə profillərində məlumat yer alıb. Hətta Namikin transfer olunacağı klubun adı da açıqlanıb. 

Məlumata görə, futbolçumuz aşağı dəstə təmsilçisi "Kocaelispor”a keçə bilər. Türkiyə klubu Ələskərovla yaxından maraqlanır. 

Namik 2021-2022 mövsümündə də Türkiyədə oynayıb. "Bursaspor”un formasını geyən milli üzvü komandada 6 qol, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->