İdman 13:10 20.09.2020

Türkiyə millisinin üzvü İngiltərə Premyer Liqasında

"Roma”nın yarımmüdafiəçisi Cengiz Ünder karyerasını İngiltərədə davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, Türkiyə millisinin üzvü "Lester”ə keçib. Bu barədə Premyer Liqa klubu məlumat yayıb.

"Lester" 23 yaşlı cinah oyunçusunu birillik icarəyə götürüb. Klublar arasındakı anlaşmaya əsasən, "tülkülər” mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malik olacaq. "Lester" icarə haqqı olaraq "Roma"ya 3 milyon avro ödəyəcək. Futbolçunun maaşı 3.5 milyon avro olacaq. "Lester" tür oyunçunun transfer hüququnu almaq istəsə, 25 milyon avro ödəyəcək.

Keçidi ilə bağlı klubun rəsmi saytına təəssüratlarını bölüşən Cengiz Türkiyə millisindəki komanda yoldaşı Çağlar Söyüncü ilə çiyin-çiyin oynayacağı üçün çox sevindiyini söyləyib.

Qeyd edək ki, Cengiz Ündər "Roma”ya 2017-ci ildə 14,25 milyon avro qarşılığında "Başakşəhər”dən keçib.