Video 15:43 28.02.2020

Türkiyə ordusu Suriyadakı bazaları belə vurdu (VİDEO)

Türkiyə Silahlı Qüvvələrinin İdlibdə Suriyaya aid hərbi bazalara hava zərbələri endirməsinin görüntüləri yayımlanıb.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatlarından əldə edilən görüntülər efirdə canlı yayımlanıb. Görüntülərdə rejimə aid zirehli texnika konvoylarının, hərəkətdə olan hədəflərin, qərargah və sursat anbarlarının partladıldığı görünür.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, son 17 gündə 1709 suriya əsgəri öldürülüb, 55 tank, 3 helikopter, 18 zirehli texnika və 29 haubitsa zərərsizləşdirilib.

Camal