Dünya 15:50 27.03.2018

Türk ordusu Tel Rifatı terrorçulardan azad etdi (YENİLƏNİB)

Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Tel Rifatdakı yerli mənbələr bildiriblər.

Tel Rifat rayonu və Tel Rifat şəhərinin hazırda Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusunun tam nəzarəti altında olduğu bildirilir.
 
***14.05

Suriyanın Afrin şəhərində "Zeytun Budağı" əməliyyatını uğurla yekunlaşdıran Türkiyə Silahlı Qüvvələti Tel Rifat şəhərində əməliyyatlara start verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, şəhər Mare və Afrin arasında yerləşir. Şəhərin terrorçulardan azad edilməsiylə "Zeytun Budağı" yekunlaşacaq. TSQ-yə Azad Suriya Ordusunun 10 min üzvü dəstək verəcək. 

Qeyd edək ki, gecə saatlarında şəhərdə terrorçuların mövqeləri vurulub.
 
Gülşən