Siyasət 08:42 24.04.2019

Türkiyə S-400-ləri Azərbaycana verəcək? (AÇIQLAMA)

Türkiyə Rusiyadan aldığı S-400 zenit raket komplekslərini Azərbaycan və Qətərə verəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Qaynarinfo "RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir addım atılmayacağını bildirib:

"Söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələni heç vaxt müzakirə etməmişik. Bu informasiya KİV-də hər zmaan yazılıb. Əslində isə bununla bağlı da hər hansı bir çətinlik yoxdur. Biz Rusiya ilə müqavilə imzalamışıq və hazırda onların çatdırılma vaxtını razılaşırıq. Əgər Rusiya ZRK-i Azərbaycana satmaq istəsəydi, bunu vasitəçi olmadan, birbaşa edərdi. Xüsusən də, bu iki ölkənin yaxşı münasibəti var”.