Video 10:35 15.06.2021

Türkiyə səfiri Azərbaycanı təbrik etdi (VİDEO)

Türkiyənin Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı özünün tvitterdəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

Qaynarinfo-nun xəbərinə görə, paylaşımda deyilir:

"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm”.