Dünya 13:24 22.01.2018

Türkiyə terrorçuları üzərinə şəhidlərin adları yazılmış bombalarla vurur

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PKK terror təşkilatının qolu olan PYD-yə qarşı "Zeytun Budağı" əməliyyatına davam edir.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, "Fırat Kalkanı" əməliyyatında şəhid olan 72 əsgərin şərəfinə üzərinə adları yazılan bombalar F-16 təyyarələri ilə terrorçuların məskən saldığı yerlərə atılır. Bombalar üstünə şəhidlərin adlarından əlavə "Şəhidlərimizin qanı yerdə qalmayacaq" mesajı qeyd olunub.

Gülşən