Türkiyə və Rusiya arasında əməkdaşlıq Qarabağda sona çata bilər (ŞƏRH)

Türkiyə və Rusiya arasında əməkdaşlıq Qarabağda sona çata bilər (ŞƏRH)

"Türkiyə və Rusiya arasında əməkdaşlıq Qarabağda sona çata bilər".

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova bölgədə yaşanan son hadisələri şərh edərkən deyib.
 

Onun sözlərinə görə, Türkiyə Qarabağ məsələsinin ATƏT-ə qaytarılmasını istəyir:

"Suriyada Türkiyənin nəzarətindəki Milli Ordu (Azad Suriya Ordusu) Rusiyaya məxsus 5 xüsusi təyinatlını öldürüb. Moskvadakı Rusiya, Azərbaycan, Ermənistan dövlət başçılarının toplantısına qarşı İslamabadda Azərbaycan, Türkiyə, Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir. Türkiyə Qarabağ məsələsinin yenidən ATƏT-ə qaytaryılmasını istəyir. Nə baş verir?! Türkiyə və Rusiya arasında əməkdaşlıq Qarabağda sona çata bilər. İki ölkə arasında Suriyada başlayan uzun, incə bir yolun həzin sonu bəlkə də Laçın dəhlizidir. Türkiyənin son addımları onun Qarabağla bağlı Rusiya ilə heç də güman edildiyi kimi əvvəldən razılaşmasının olmadığını bir daha sübut edir. Yəqin ki, tam razılaşma olmayıb, yəni hərbi əməliyyatların başlanması Rusiya və Türkiyə arasında razılaşdırılsa da, onun son məntəqəsinin hara olacağına dair əvvəldən yekun razılıq olmayıb. Rusiya Azərbaycanın bacardığı qədər irəli getməyinə mane olmayacağını vəd edib, heç özü Azərbaycanın Şuşanı alacağına inanmayıb. Lakin məhz Şuşa alınandan sonra Azərbaycan ordusunun asanlıqla Xankəndiyə girəcəyini görüb, gecə ikən müdaxilə edib və 10 noyabr sazişi imzalanıb. Putin Ərdoğanı fakt qarşısında qoymaq istəyib, indi növbə Türkiyənindir..."

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR