Siyasət 23:17 20.04.2021

Türkiyə XİN-ə yeni sözçü təyin edildi

Türkiyənin Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub.

"Qafqazinfo” Türkiyə XİN-ə istinadən xəbər verir ki, bu vəzifəni Tanju Bilgiç icra edəcək.

Bildirilib ki, o, vəzifəsinin icrasına bu gün başlayıb.

Yeni sözçü 1995-ci ildən XİN-də çalışır.  Nazirlikdə bir çox vəzifələrdə işləyən T.Bilgiç 2014-1021-ci illərdə Türkiyənin Serbiyadakı fövqəladə və Səlahiyyətli səfiri olub.

Bundan başqa, o, Bosniya-Herseqovina, Danimarka, Fransa, Rusiyada da işləyib.

T.Bilgiçdən öncə bu vəzifəni Hami Aksoy aparırdı. O, bir müddət əvvəl ölkənin Serbiyadakı səfiri təyin olunub.