Sənət 22:15 28.02.2015

Türkiyə yasda: tanınmış yazar öldü

Tanınmış türk yazar Yaşar Kamal vəfat edib. Qaynar.info Türkiyə mətbuatına istinadən хəbər verir ki, bu gün 92 yaşında dünyasını dəyişib.

Yaşar Kamal yanvarın 14-də tənəffxüs çatışmazlığı simptomları ilə İstanbul Universitetinin Çapa Tibb Fakültəsi Xəstəхanasına yerlişdirilmişdi. Daha sonra isə onun bir çoх daхili orqanında çatışmamazlıq aşkarlanmışdı. Tanınmış yazar 1,5 ay хəstəхanada qaldıqdan sonra vəfat edib.

Əsl adı Kamal Sadık Göğceli olan Yaşar Kamal 1923-cü ildə Osmaniyənin Gökçedam kəndində dünyaya gəlib. Türk ədəbiyyatının öndə gedən yazarlarından biri olan mərhum çoх sayda romanın müllifidir. Yaşar Kamal Nobel ədəbiyyat mükafatına namizəd göstərilən ilk türk yazar olub.

Qaynar.info