Kastamonu Dövlət Universitetində oxuyan 8 azərbaycanlı tələbə həbs edilib.
Qaynarinfo bax.tv-yə istinadən xəbər verir ki, Kastamonu polis idarəsindən verilən məlumata görə, həmin azərbaycanlılar universitetin birinci kurs tələbələrindən zor gücünə və təhdid etməklə pul və müxtəlif qiymətli əşyalar aldıqları üçün həbs ediliblər. Polis idarəsi həmin həbs edilən azərbaycanlı tələbələrin bir neçəsinin ad və soyadlarının baş hərflərini E.E, F.A, N.A, R.A, M.Y. S.R kimi olduğunu bildirib.
Hətta sonuncu dəfə quldurluqla məşğul olan həmin azərbaycanlılar tələbələrdən birinin barmaqlarını da sındırıblar. Polisin apardığı axtarış zamanı onlardan qandal, beysbol taxtası, bıçaq və şok cihazı götürülüb. Artıq həmin 8 azərbaycanlı haqqında prokurorluq tərəfindən cinayət işi başlanıb.
Şərhlər