Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onun birlikdə seçki kampaniyası aparan üzvlərə hücum olub.
"Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.
Silahlı insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.
Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər