Türkiyənin Ədirnə şəhərində ard-arda 2 zələlə baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Seysmologiya Mərkəzi məlumat yayıb.
İlk zəlzələ yerli vaxtla saat 08:54-də İpsala qəsəbəsində, 19,69 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin gücü 3,7 bal olub. İkinci yeraltı təkan isə Kəşan rayonunun Akçeşmə kəndində, saat 09:02-də baş verib. Növbəti zəlzələ isə 3,2 bal gücündə olub.
Təkanlar hiss edilsə də, heç bir dağıntıya səbəb olmayıb.
Şərhlər