Xəbər lenti

Türkiyədə ardıcıl 2 zəlzələ
Dünya 11:35 17.08.2018

Türkiyədə ardıcıl 2 zəlzələ

Türkiyənin Ədirnə şəhərində ard-arda 2 zələlə baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Seysmologiya Mərkəzi məlumat yayıb.

İlk zəlzələ yerli vaxtla saat 08:54-də İpsala qəsəbəsində, 19,69 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin gücü 3,7 bal olub. İkinci yeraltı təkan isə Kəşan rayonunun Akçeşmə kəndində, saat 09:02-də baş verib. Növbəti zəlzələ isə 3,2 bal gücündə olub.

Təkanlar hiss edilsə də, heç bir dağıntıya səbəb olmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->