Dünya 12:08 02.09.2018

Türkiyədə avtobus qəzası: 2 ölü, 32 yaralı

Türkiyənin Afyonkarahisar şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. 

Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, Ankaraya doğru yola düşən avtobus sürücü nəzarəti itirəndən sonra qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 32 nəfər yaralanıb. Onlar dərhal Afyonkarahisar və Eskişehir xəstəxanalarına aparılıb. Yaralananlardan 5-i azyaşlıdır. 

Gülşən