Dünya 18:54 21.09.2019

Türkiyədə əməliyyat: 2806 nəfər saxlanıldı

Türkiyənın Daxili İşlər Nazirliyi ölkə ərazisində xüsusi əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, axtarışda olan şəxslərin tutulması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2806 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyatda 29569 polis iştirak edib. Ümumilikdə 7495 ünvanda axtarış aparılıb. Həmçinin itkin düşən 7 uşaq, 22 yeniyetmə tapılıb, xeyli silahsız sənəd və narkotik maddələr aşkarlanıb.