Dünya 15:14 05.02.2013

Türkiyədə Hrant Dinkin adına küçə verildi

Türkiyədə 2007-ci ilin yanvarında öldürülən erməni jurnalist Hrant Dinkin adı Malatya şəhərində doğulduğu küçəyə verilib.


Qaynar.info-nun məlumatına görə, Malatya bələdiyyəsi şəhərdəki 2400 prospekt və küçələrin adlarının yenilənməsi ilə bağlı qərar qəbul edib.

Bələdiyyə sədri Ahmet Çakır malatyalı şəhidlərin, ölkə siyasəti və mədəniyyətinə töhfələr verən şəxslərin adlarının küçə və prospektlərə verildiyini deyib.

Çakır erməni jurnalistinin adının əbədiləşdirilməsi ilə bağlı, "Bu küçə Hrant Dinkin doğulduğu evin yerləşdiyi küçədir. Buraya Hrant Dinkin adının verilməsinin düzgün olduğunu düşündük. Bundan başqa malatyalı sənətçilər Ahmet Kaya, İlyas Salman, Belkis Akkale və Kamal Sunalın da adları küçələrə verilib".


Qaynar.info