Türkiyənin Ədirnə rayonun içməli su tələbatını qarşılayan, Kırklarelidə yerləşən Kayalıköy su anbarında doluluq səviyyəsi ciddi şəkildə azalıb.
Qaynarinfo xəbər verir ki, rəsmi məlumata görə, su anbarının səviyyəsi aprel ayından bəri davamlı olaraq enməkdədir.
Depolama tutumu 149 milyon 856 min kubmetr olan su anbarında hazırda cəmi 11 milyon 535 min kubmetr su qalıb. Bu, ümumi tutumun yalnız 8 faizinə bərabərdir. Bundan da ciddi olan məqam isə içməli su üçün istifadə oluna bilən aktiv həcmin cəmi 1 faiz təşkil etməsidir.
Yəni, hazırkı vəziyyətdə yalnız 1 milyon 769 min kubmetr su içməli su kimi istifadə edilə bilər. Qalan hissə isə alt zonada yerləşdiyi üçün istifadəyə yararsızdır.
Su səviyyəsinin sürətlə aşağı düşməsi səbəbindən bəndin bəzi hissələrində torpaq səthində çatlamalar yaranıb. Rəsmi qurumlar vəziyyətin daha da pisləşməməsi üçün təcili tədbirlərin görülməsinin vacibliyini bildirirlər.
Aydın
Şərhlər