Türkiyənin Yalova rayonunda polis əməkdaşlarının İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı şübhəlilərin atəş açması nəticəsində silahlı toqquşma baş verib.
Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı şəhid olub, 8 polis və 1 keşikçi yaralanıb. Nazir əlavə edib ki, toqquşmada 6 terrorçu məhv edilib.
DHA-nın məlumatına görə, İŞİD ” terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində Yalova rayonunun Almalıq məhəlləsində müəyyən edilmiş ünvanda saat 12:00 radələrində əməliyyat keçirilib. Əməliyyat zamanı şübhəlilərin müqavimət göstərməsi nəticəsində atışma baş verib. Əraziyə xüsusi təyinatlı polis qüvvələri və Yalova Jandarma Komando Birliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri gücləndirilib, mülki şəxslərin və nəqliyyat vasitələrinin bölgəyə girişi məhdudlaşdırılıb. Elmalık məhəlləsi və ətrafındakı 5 məktəbdə dərslər dayandırılıb, həmçinin elektrik və təbii qazın verilişi müvəqqəti kəsilib.
Daxili işlər naziri Ali Yerlikaya açıqlamasında qeyd edib ki, son bir ay ərzində İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 138 şübhəli həbs edilib, 97 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Bu çərçivədə 15 vilayətdə 108 ünvana eyni vaxtda əməliyyat keçirildiyini bildirən nazir, Yalovadakı əməliyyatın saat 02:00-da İsmet Paşa məhəlləsi, Seher küçəsində yerləşən ünvanda aparıldığını qeyd edib.
Evdə qadın və uşaqların olması səbəbindən əməliyyat xüsusi həssaslıqla həyata keçirilib, ünvanda olan 5 qadın və 6 uşaq təxliyə edilib. Bildirilib ki, terrorçular Türkiyə vətəndaşıdır və əməliyyat saat 09:40-da başa çatıb.
Aydın
Şərhlər