Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 21 vilayətində genişmiqyaslı antiterror əməliyyatı keçirərək İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 164 nəfəri saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" (Twitter) platformasında məlumat
verib.
Əməliyyat "GÜRZ-44" kod adı altında İŞİD terror təşkilatına qarşı keçirilib.
"Son bir həftə ərzində 21 vilayətdə fəaliyyət davam etdirilib, bu terror təşkilatının 164 şübhəli üzvü saxlanılıb", – deyə nazir bildirib.
Türkiyənin daxili işlər naziri əlavə edib ki, əməliyyat nəticəsində saxlanılan şəxslərin Türkiyə ərazisində İŞİD fəaliyyətinə cəlb edilməsi, terrorçulara maliyyə dəstəyi göstərməsi müəyyən edilib.
Bundan əlavə, xüsusi təyinatlı qüvvələr qanunsuz odlu silahlar – tapançalar və tüfənglər, həmçinin böyük həcmdə rəqəmsal materiallar ələ keçirib.
Xatırladaq ki, yanvarın 14-də Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin beş vilayətində FETÖ və İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslərə qarşı antiterror əməliyyatı keçirib.
Fevralın 4-də isə ABŞ Mərkəzi Komandanlığının qüvvələri İraqda yüksək dəqiqlikli hava zərbəsi endirərək İŞİD-in beş döyüşçüsünü məhv edib.
Alpər
Şərhlər