Dünya 21:58 04.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 501 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, son sutka ərzində daha 76 nəfər pandemiyanın qurbanı olub.

Qardaş ölkədə son bir gündə 3013 nəfər virusa yoluxub. Bununla da virusa yoluxanların sayı 23934 nəfərə çatıb. Onlardan 786 nəfəri sağalaraq evə buraxılıb, 1311 pasiyentin vəziyyəti ağırdır.