Xəbər lenti

Dünya 23:41 21.10.2020

Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb

Türkiyədə son 24 saat ərzində daha 68 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 513 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 013 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 353 426 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 507 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 308 446 nəfər təşkil edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?