Video 14:23 19.01.2022

Türkiyədə neft kəmərində baş verən güclü partlayışın görüntüsü yayıldı (VİDEO)

Türkiyədə neft kəmərində baş verən güclü partlayış qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, yanvarın 18-də axşam saatlarında Narlı Məhəlləsində (Pazarcık rayonu, Kahramanmaraş) İraq-Türkiyə neft kəmərində naməlum səbəbdən partlayış baş verib.

Dövlət neft və təbii qaz ticarəti və nəqli şirkətinin (BOTAŞ) məlumatına görə, hadisədən sonra neft axını dərhal dayandırılıb.

Partlayışdan sonra yanğın baş verib. Yanğın yaxınlıqdakı yola keçib. Yolda nəqliyyatın hərəkəti kəsilib.

Yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən maşın, BOTAŞ-ın fövqəladə müdaxilə qrupları və aidiyyatı bölmələr cəlb olunub.

İnternetdə yayılan görüntülərdə yanğınsöndürənlərin yanğını söndürdüyü görünür.

Qeyd edək ki, 970 kilometrlik boru kəməri neftin Kərkükdən Türkiyənin liman şəhəri Ceyhana çatdırılması üçün istifadə olunur.

Alpər


Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?