Dünya 14:41 18.10.2018

Türkiyədə zəlzələ: dərslər dayandırıldı

Türkiyənin Ağrı vilayətində zəlzələ baş verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, təkanın şiddəti 4,2 bal olub və yerin 10 km dərinliyində qeydə alınıb.

Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub və məktəblərdə dərslər dayandırılıb.

Dağıntı və tələfatın olmadığı bildirilir.

Gülşən