Dünya 15:05 31.01.2019

Türkiyədən 7 ölkəyə sərt cavab

Türkiyənin Xarici İşlər Nazirliyi 5-ci MED7 Zirvəsində qəbul edilən ortaq qərarla bağlı açıqlama yayıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamada Şimali Kipr Türk Respublikası ilə bağlı qəbul edilən qərarla əlaqədar 7 ölkəyə sərt cavab verilib.

Açıqlamada bildirilir:"Fransa, İtaliya, İspaniya, Malta, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin iştirakı ilə 29 yanvar 2019-cu ildə Cənubi Kiprdə təşkil olunan Avropa Birliyinə üzvü olan Avropa ölkələrinin (MED7) 5-ci sammitində qəbul edilən bəyanatda işlədilən ifadələr bəzi Avropa ölkələrinin əlbir şəkildə sərgilədikləri ədalətdən və konstruktivlikdən uzaq münasibətin yeni bir nümunəsidir.

Bəyanatda qeyd olunur ki, Cənubi Kipr Rum İdarəçiliyinin Kipr probleminin həlli prosesinə sözdə qatqılarının təqdir edilməsi və Şərqi Aralıq dənizindəki birtərəfli karbohidrogen fəaliyyətininin dəstəklənməsi əslində Cənubi Kiprin AB üzvlüyündən sui-istifadə etməsinə gözlər önünə sərməkdədir. Unudulmamalıdır ki, 2017-ci ildə Kipr Konfransının uğursuzluğunun əsas səbəbi Rum tərəfinin kompromisə getməməsi, özünü adanın tək sahibi kimi görməsi və Kipr türklərini milli azlıq kimi tanımasıdır. Bəyanatda Kipr türklərinin təbii sərvətlər üzərindəki hüquqlarının müzakirə edilməməsi də qərəzli münasibətin göstəricisidir.

Türkiyə Kipr türklərinin qanuni haqlarının və mənfəətlərinin müdafiə edilməsi istiqamətində qətiyyətini qorumaqdadır".