Ermənistanın paytaxtı İrəvanda Qafqaz Turizm Sərgisi keçirilir.
Ermənistanın «Arka» agentliyinin verdiyi məlumata görə, bu gün işə başlamış sərgidə müxtəlif ölkələrdən 75 şirkət iştirak edir. Qondarma “DQR turizm şirkətləri”nin iştirak etdiyi sərgiyə Türkiyədən «Worldwide Travel Services» və «Ayanis Tourizm» şirkətləri də qatılıb.
Ermənistan səyahət agentliyinin rəhbəri Yegiş Tanaşyanın verdiyi məlumata görə, sərgidə təmsil olunan təşkilatlardan 58-i Ermənistanındır. Bundan başqa sərgidə Gürcüstan, Yunanıstan, Misir, Argentina və BƏƏ-dən şirkətlər də iştirak edirlər (APA).
Şərhlər