Türkiyədən ev alan vətəndaşlarımızın sayı artıb

Türkiyədən ev alan vətəndaşlarımızın sayı artıb

Xarici ölkə vətəndaşlarının 2017-ci ildə Türkiyədə aldığı daşınmaz əmlakın ümumi dəyəri 4,6 milyard dollar olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, alınan daşınmaz əmlakın sayı 2016-cı illə müqayisədə 22,2% artaraq 22234 olub. Ən çox əmlak alınan yerlər İstanbul, Antalya, Bursa, Trabzon, Aydın, Ankara və s. şəhərləridir. 

Ən çox əmlak alan şəxslər arasında İraq (3805), Səudiyyə Ərəbistanı (3345), Küveyt (1691), Rusiya (1331), Əfqanıstan ( 1078) vətəndaşları var. Növbəti sırada Azərbaycan qərarlaşıb. Vətəndaşlarımız ötən il Türkiyədə 942 daşınmaz əmlak alıb. Ölkəmizi İngiltərə (794), İran (792), Almaniya (772) və Misir (587) izləyir.

Gülşən
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR