Xəbər lenti

Türkiyəli professor azərbaycanlı biznesmenin qulağını açdı
Sağlamlıq 20:10 28.11.2017

Türkiyəli professor azərbaycanlı biznesmenin qulağını açdı

20 ildir ki, eşitmə problemi olan azərbaycanlı iş adamı Türkiyədə əməliyyat olunandan sonra yenidən eşitməyə başlayıb. İzmir Medikal Park Xəstəxanasında həyata keçirilən əməliyyat zamanı xəstənin qulağına protez yerləşdirilib.

Virtualaz.org xəbər verir ki, bu barədə milliyet.com məlumat yayıb.

Azərbaycanlı biznesmen indiyə qədər bir neçə ölkədə müayinə olunsa da, probleminin çarəsini tapan olmayıb. Əməliyyatı edən həkim Murat Cem Miman bildirib ki, xəstədə genetik olaraq uşaqlıqdan hər iki qulaqda səsin qəbul edilməsini pozan kirəcləşmə olub.  Əməliyyat zamanı kirəcləşmiş sümük çıxarılıb və yerinə 0,4 mm ölçüsündə protez qoyulub. Əməliyyat çox uğurla başa çatıb və 3 ay sonra digər qulaqda da eyni əməliyyatın edilməsi planlaşdırılır.

Azərbaycanlı iş adamı da əməliyyatdan çox razı qaldığını bildirib: "Bir çox ölkələrdə müxtəlif həkimlər tərəfindən müayinə olunmuşam. Amma əməliyyata girmək üçün cəsarət etmirdim. Murat Cem Miman həkim məni bu əməliyyata razı saldı. Son bir ayda başımda xışıltı var idi. Artıq o səs də kəsilib. Yenidən eşitməyə başladığım üçün çox xoşbəxtəm”, - deyə iş adamı razılıq edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->