Video 18:07 19.09.2020

Türkiyənin ilk uçan avtomobili uğurla sınaqdan çıxarıldı (VİDEO)

Türkiyənin BAYKAR şirkəti tərəfindən yaradılmış ilk uçan avtomobili "Cezeri” ilk uçuş testlərini müvəffəqiyyətlə tamamlayıb. 

Qaynarinfo xəbər verir ki, türk mühəndisləri tərəfindən dizayn və istehsal olunan 230 kiloqramlıq prototip uçuş sınaqlarında 10 metrə qədər hündürlüyə qalxıb.

"Baykar”ın verdiyi açıqlamada deyilir:

"BAYKAR Texniki Meneceri Səlcuq Bayraqdarın rəhbərliyi ilə həyata keçirilən "Cezeri” uçan avtomobilin uçuş sınaqları 11 sentyabr 2020-ci ilin cümə günü başlayıb.

İlk sınaqlarda təhlükəsizlik kəndirləri ilə havaya qalxan "Cezeri” artıq 15 sentyabr gecəsi təhlükəsizlik kəndirləri olmadan uğurla sınaqdan çıxıb. 

Tamamilə müstəqil şəkildə uçan və ağıllı uçuş sisteminə sahib olan "Cezeri” uçan avtomobili eyni gecədə iki fərqli uçuşu müvəffəqiyyətlə başa çatdırıb”.

Qeyd edək ki, adını kibernetika və robototexnika elminin qurucusu və Artuklu Sarayının baş mühəndisi əlcəzairli müsəlman alimi Əl Cəzirədən alan "Cezeri” uçan avtomobili beləliklə konseptual dizaynla başlayan işlərdən sonra, il yarım müddətində ilk uçuşunu həyata keçirib.
 
Alpər