Siyasət 20:27 15.06.2021

Türkiyənin Milli Müdafiə Nazirliyi Şuşa ilə bağlı paylaşım etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter” hesabında Şuşa ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir:

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin gözəl Şuşaya tarixi ziyarətini həyata keçirdiyi, gözəl Şuşanı Tək Vətən Əməliyyatıyla işğaldan qurtaran qəhrəman Azərbaycan Ordusunu və qəhrəman Azərbaycan qardaşlarımızı salamlayırıq”.