Ölkə 10:02 07.05.2021

Tvitter Trampın yeni onlayn-platforma hesabını da blokladı

Tvitter ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni "From the Desk of Donald J. Trump” yeni onlayn platformasının hesabını bloklayıb. 

Qaynarinfo xəbər verir ki, sosial şəbəkə sözçüsünün Forbes-ə verdiyi məlumata görə, bloklamanın səbəbi Trampın onlayn platforma hesabından istifadə edərək öz hesabının bloklanmasından yan keçə biləcəyinə dair şübhə olub.

Tvitter sosial şəbəkənin bloklanmış hesabla əlaqəli məzmunu dəyişdirmək və ya təşviq etmək olan hesablara qarşı tədbir görəcəyini bildirib.

Xatırladaq ki, "From the Desk of Donald J. Trump” saytı 4 mayda fəaliyyətə başlayıb, onunla paralel Tvitterdə @DJTDesk akkauntu da yaradılıb.

Hesabın təsvirində ona göndərilən yazıların Trampın veb saytından kopyalandığı, ancaq Tvitterdə yayımlayanın keçmiş prezidentin özü olmadığı qeyd edilib.

Bir gün əvvəl Amerikanın "Facebook” korporasiyasının müstəqil nəzarət şurası Donald Trampın hesabında məhdudiyyətlərin saxlanılmasına qərar verib.
 
Alpər