Tvitter şəbəkəsinin baş direktoru Cek Dorsi istifadəçilərin çoxdan gözlədiyi yeniliklə bağlı xəbər verib.
"Qafqazinfo"nun "TASS"a istinadən məlumatına görə, Tvitterdə "redaktə et” funksiyasının yaradılması planlaşdırılır. Bu barədə Dorsi Hindistan səfəri zamanı deyib:
"Çoxlarına səhvləri tez düzəltmək üçün "redaktə et” funksiyası lazımdır. Ancaq hələ ki söhbət orfoqrafik səhvlərin və düzgün olmayan istindların redaktəsindən gedir”.
Gələcəkdə digər redaktə imkanlarının aktivləşdirilməsi də nəzərdə tutulur.
Şərhlər