"Twitter"də #Urmo_Gulu və #UrmiaLakeSave heşteqləri yaradan çox sayda iranlı istifadəçi dünyanın diqqətini Urmiya gölünün qurumasına çəkməyə çalışır.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər
verir.
Urmiya gölü Yaxın Şərqin ən böyük duzlu su gölü və dünyada altıncı ən böyük duzlu göldür.
Son onilliklərdə atmosfer, insan faktorları və səhv bənd tikinti layihələri göldə suyun kəskin şəkildə azalmasına səbəb olub.
Ekspertlər dəfələrlə xəbərdarlıq ediblər ki, Urmiya gölünün quruması böyük ekoloji böhranlara səbəb ola bilər.
Qeyd edilir ki, Urmiya gölünün qurumasının dağıdıcı təsirləri təkcə İranın Azərbaycan əyalətlərində deyil, daha geniş arealda, Türkiyənin şərq bölgələrində, Azərbaycanın cənubunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında hiss ediləcək.
Aydın
Şərhlər