Bakı şəhəri, Nərimanov rayonunda hal-hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb.
Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat edib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb və binaya yenidən baxış keçirilib.
Əməliyyat saat 17:09-da başa çatıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qaynar.info
Şərhlər