Xəbər lenti

Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlandı
Ölkə 21:05 04.11.2013

Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlandı


Ucarda nəzarətsiz qalan azyaşlının ölümünün səbəbi açıqlanıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ramal kəndində baş verib.
 
Kəndə işləməyə gələn Bakı şəhər sakini, 46 yaşlı Gülnarə Qurbanova özü ilə 3 yaşlı nəvəsi Qurbanov Şahin Rasim oğlunu gətirib. Kirayə qaldıqları Məsud İbrahimova məxsus evdə bir anlıq azyaşlını nəzarətsiz qoyan nənə onun yoxa çıxdığını görüb.  Təxminən 20 – 25 dəqiqə qonşuları ilə birlikdə uşağı axtardıqdan sonra onun meyitini həyətdəki 1 metr dərinlikdə olan su hovuzundan tapıb.
 
Ucar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ş.Qurbanov ehtiyatsızlıqdan ölüb. Araşdırma aparılır.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->