Xəbər lenti

UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin püşkatması keçiriləcək
İdman10:06 21.02.2025

UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin püşkatması keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İsveçin Nyon şəhərində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkatma mərhələsi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Liqa mərhələsindən sonra "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, pley-off mərhələsindən sonra 1/8 finala "Feyenoord" (Niderland), "Bavariya" (Almaniya), "Brügge" (Belçika), "Real Madrid" (İspaniya), PSJ (Fransa), PSV (Niderland), "Borussiya Dortmund" (Almaniya), "Benfika" (Portuqaliya) klubları çıxıblar.