İdman 14:56 23.09.2020

UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı

UEFA 2019/20 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi aıdna namizədləri açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, ən yaxşı futbolçu adına "Bavariya"dan Manuel Noyer və Robert Levandovski, "Mançester Siti”dən Kevin de Bruyne namizəddi. 

Ən yaxşı baş məşqçi adına isə "Bavariya"nın baş məşqçisi Hans Flix, "Leyptsiq”ə rəhbərlik edən Yulian Naqelsman və "Liverpul"u çalışdıran Yurgen Klopp namizəd göstərilib.


Qadınlarda isə namizədlər siyahısında Lusi Bronz (Mançester Siti), Pernil Harder (Çelsi) və Vendi Renar (Lion) yer alıb.



Qadın komandaların baş məşqçiləri arasında isə Luis Kortes (Barselona), Stefan Lerş (Volfsburq) və Jan-Lük Vassor (Lion) bu ada iddia edir.
 


Qeyd edək ki, qaliblər oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.