UEFA prezidenti: “Siyasi məsələlərə qoşula bilmərik”

UEFA prezidenti: “Siyasi məsələlərə qoşula bilmərik”

"Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdəndir. Keçirdiyimiz turnirlərlə bağlı qərar verərkən təhlükəsizlik məsələlərini də nəzərə alırıq”.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı funksioner münaqişəli ölkələrin komandalarının bir-birinə rəqib olmamasının səbəblərindən danışıb. O bildirib ki, Azərbaycan və Ermənistan, Rusiya və Ukrayna, İspaniya və Cəbəllütariq, Serbiya və Kosovo yığmalarının bir-birindən ayrı salınması siyasi məsələlərlə deyil, təhlükəsizliklə bağlıdır: "Bizim üçün təhlükəsizlik prinsipial məsələdir. Siyasi məsələlərə qoşula bilmərik. Bu qərarı UEFA qəbul edib və hələ bunu dəyişmək vaxtı deyil. Tarixdə müxtəlif vəziyyətlər olub. Amma vaxt keçdikdə durum dəyişib. Rusiya və Ukrayna ilə vəziyyət də dəyişəcək. Bunun olmaması üçün səbəb görmürəm. Futbolda gözlənilməzliklər çoxdur. Təsəvvür edin ki, Rusiya və Ukrayna AVRO-2020-nin yarımfinalına yüksəlir. Onlar Londonda keçiriləcək yarımfinal və finalda öz aralarında qarşılaşacaq”.
XƏBƏRLƏR
BLOGLAR