İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən rinqə qayıdır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt açıqlama verib.
"Konor daim bizimlə əlaqə saxlayır. UFC-yə qayıtmaq və yenidən çempion olmaq istəyi ilə yanır", - deyə Uayt bildirib.
Təşkilat sədri həmçinin qeyd edib ki, Konor hazırkı çempion Həbib Nurməhəmmədovun ona revanş şansı verməyəcəyinə də inanmır:
"O, hər kəslə döyüşməyə hazırdır. Hətta revanş ala bilməsə belə kimləsə rinqə çıxacaq".
Şərhlər