Azərbaycana koronavirusla mübarizə üçün Uhanda işləmiş həkimlər gətiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.
Hikmət Hacıyev bildirib ki, ikitərəfli əməkdaşlıq çərçivəsində bu gün İtaliyadan da Azərbaycana həkimlər gəlib: "Onlar İtaliya təcrübəsini Azərbaycanla bölüşəcəklər. Çindən Uhanda fəaliyyət göstərmiş və bu virusa qarşı nəticələr əldə etmiş ekspert qrupunun da bu yaxınlarda ölkəmizə gəlməsi nəzərdə tutulur”.
Şərhlər