Ukrayna 9 May Qələbə Gününü qeyd etməyəcək.
Qaynarinfo xəbər verir ki, bunu "Ukrayna 24” telekanalına verdiyi müsahibədə ölkənin Xarici İşlər naziri Vadim Priestayko söyləyib.
"Biz, bütün Avropa qitəsi kimi, 75 ildən sonra bu faciənin niyə baş verdiyini anlamağa və bir-birimizi bağışlamağa hazırıq", - Priestayko qərarını izah edib. Onun sözlərinə görə, bayramı qeyd etmənin məhz bu istiqamətdə inkişafı lazımdır.
Qeyd edək ki, 2019-cu ilin avqustunda Kreml Ukraynanın Prezidenti Vladimir Zelenskini Moskvada Qələbənin 75 illiyk tədbirinə dəvət edəcəklərini açıqlasa da, yanvarın 29-da Zelenskinin 9 May bayram tədbirlərinə "dəvət" məsələsinə aydınlıq gətiriləcəyini bildirmişdi. Fevral ayında dövlət başçısının aparatında Zelenskinin Rusiya səlahiyyətlilərindən rəsmi dəvət almaması haqqında məlumat verildi.
Ukraynada, 2015-ci ildən bəri, 9 Mayda qeyd olunan Qələbə Günü "İkinci Dünya Müharibəsində Nazizm üzərində Qələbə Günü” adlanır. Və əsas tədbirlər mayın 8-də keçirilir. Beləliklə, ölkə faktiki olaraq Qərbi Avropa modelinə görə Nasist Almaniyası üzərində qələbəni qeyd etmək ənənəsinə qoşulub. Ayrıca, 2015-ci ilin may ayından etibarən ölkədə sovet rəmzlərinin təbliğini qadağan edən "kommunist və nasist rejimlərini qınamaq haqqında" qanun qəbul edilib.
Alpər
Şərhlər