Ukrayna aviasiyası Rusiya Federasiyasının Kursk vilayətində yerləşən Kondratovkada rusların canlı qüvvəsinin toplaşdığı yerə zərbələr endirib.
Qaynarinfo xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının
məlumatına görə, Hərbi Hava Qüvvələri işğalçı ordunun canlı qüvvəsinin cəmləşdiyi ərazini uğurla vurub. Zərbə nəticəsində obyekt tamamilə məhv edilib, 30-a qədər hərbçi zərərsizləşdirilib.
"Müdafiə qüvvələrinin Sumi və Kursk vilayətlərindəki bölmələrinə qarşı döyüş aparmaq qabiliyyətini zəiflətmək üçün düşmənin bu hərbi infrastrukturu məhv edilib", deyə məlumatda qeyd edilir.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinin pilotları və digər müdafiə qüvvələri düşmənin hərbi potensialını zəiflətmək məqsədilə zərbələr endirməyə davam edəcəklər
.
Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin avqustunda Kursk vilayətində əməliyyata başlayaraq, gözlənilməzlik faktorundan istifadə edərək bir sıra yaşayış məntəqələrini ələ keçirib.
Sonradan Ukrayna prezidenti Volodimir Zelenski bu əməliyyatın Rusiyanın Sumi vilayətinə hücum planlarının qarşısını almaq üçün həyata keçirildiyini izah edib.
Hazırda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiya qoşunlarının təzyiqi altında geri çəkilərək daha əlverişli mövqelər tutur. Martın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatın əsas məqsədlərindən birinin düşməni tükətmək və onun canlı qüvvəsini məhv etmək olduğunu bildirib. Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaq üçün Kreml 90 min nəfərdən ibarət üç yeni qruplaşma yaratmağa, həmçinin Şimali Koreyadan 12 min hərbçi cəlb etməyə məcbur olub.
Alpər
Şərhlər