Xəbər lenti

Dünya 09:54 21.04.2019

Ukrayna bu gün prezidentini müəyyənləşdirəcək

Bu gün Ukraynada prezident seçkilərinin 2-ci turu keçirilir.

Qaynarinfo xəbər verir ki, bu gün baş tutacaq səsvermədə 2 namizəd - sonuncu ölkə rəhbəri Petro Poroşenko və komediyaçı, aktyor Vladimir Zelenski mübarizə aparacaq. 

Statistikaya görə, Ukrayna əhalisinin 68%-i Zelenskiyə dəstək verməyə hazırdır. 31 martda baş tutan ilk turda Zelenski 30%, Poroşenko isə 16% səs qazana bilmişdi.

Səsvermə prosesi 20 beynəlxalq təşkilatın 2700 nümayəndəsi tərəfindən izlənəcək.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->