Dünya 13:59 21.01.2021

Ukrayna Putinin “xaç atası"nı Rusiyaya buraxmaqdan imtina etdi

Ukrayna Müxalifət Platformasının rəhbəri, Rusiya prezidentinin "xaç atası" ləqəbli Viktor Medvedçuka Rusiyaya getməyi qadağan etmək istəyir. 

Qaynarinfo Rosbalt.ru-ya istinadla xəbər verir ki, Medvedçukun Verxovna Radasındakı həmkarı İlya Kivanın iddiasına görə, Ukrayna Dövlət Aviasiya Xidmətinə Medvedçukun uçacağı təyyarələrin buraxılmaması əmri verilib.

Bir gün əvvəl Donbasla əlaqəli üçtərəfli təmas qrupunun Ukrayna nümayəndə heyəti Medvedçuku Rusiya ilə birlikdə Donbas münaqişə zonasında əsir götürülən ukraynalılardan öz maraqları naminə istifadə etməyə çalışmaqda günahlandırıb.

Lenta.ru yazır ki, heyət Ukrayna səlahiyyətliləri və xüsusi xidmət orqanlarını Viktor Medvedçukun hərəkətlərinə reaksiya göstərməyə çağırıb. Ukrayna Xarici İşlər Nazirliyi onsuz da Moskvanın məhbusları Medvedçuka təhvil verməklə bu cür humanitar məsələlərin həlli üçün qurulmuş mexanizmləri kobud şəkildə pozduğunu bəyan edib. 

Rusiya bu ittihamlara hələ cavab verməyib.
 
Alpər