Ukrayna səfiri eks-kansleri “Kremlin əxlaqsız lobbiçisi” adlandırdı

Ukrayna səfiri eks-kansleri “Kremlin əxlaqsız lobbiçisi” adlandırdı

"Cənab Şröyderin adı Putinin təcavüzkar siyasətini ört-basdır edən və Rusiyanın Ukraynanın şərqində və Krımda başladığı müharibəyə utanmadan haqq qazandıran biri olaraq dünya tarixində əbədi olaraq Almaniyada Kremlin əxlaqsız lobbiçisi sözünün sinonimi olaraq qalacaq... 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Almaniyanın keçmiş kansleri Gerhard Şröyder haqqında deyib və "cırtdan" adlandıraraq ona cavab verib.

"Biz ukraynalılar cənab Şröyderə halına acımaqdan başqa bir hiss bəsləmirik", - Melnik DPA agentliyinə müsahibəsində deyib.

Melnik qeyd edib ki, Şröyderin təhqiri həm təmsil etdiyi dövlətə, həm də Ukrayna xalqına yönəlib.

Andrey Melnik eks-kanslerin səylərinə baxmayaraq, Berlinin anti-Rusiya sanksiyalarını zəiflətməyəcəyinə inandığını bildirib.

Xatırladaq ki, Gerhard Şröyder 1998-2005-ci illər arasında Almaniyanın kansleri olub. 2107-ci ildən - Rosneft İdarə Heyətinin Sədridir. Almaniyanın keçmiş lideri Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalara mənfi münasibətini gizlətmir.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image