Xəbər lenti

Ukraynada ölən jurnalistlərin sayı açıqlandı
Dünya 12:48 13.04.2022

Ukraynada ölən jurnalistlərin sayı açıqlandı

"Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən indiyədək Ukraynada azı 20 jurnalist öldürülüb”.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Milli Jurnalistlər İttifaqı açıqlayıb.

İttifaq məlum olan bütün adları dərc edib və qeyd edib ki, bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölüm xəbəri təsdiqlənən jurnalistlərdir.

Daha bir neçə jurnalist neçə gündür ki, əlaqə yoxdur, onların taleyi ilə bağlı hələlik dəqiq məlumat mövcud deyil.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->