Xəbər lenti

Ukraynalılar nadir Rusiya kəşfiyyat dronu "Merlin-VR"i vurdular (VİDEO)
Dünya16:08 16.01.2025

Ukraynalılar nadir Rusiya kəşfiyyat dronu "Merlin-VR"i vurdular (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna səmasında 63-cü ayrıca mexaniki briqadanın müdafiəçiləri nadir Rusiya eksperimental kəşfiyyat dronu olan "Merlin-VR"i məhv ediblər.  
Qaynarinfo xəbər verir ki, bu barədə 63-cü ayrıca mexaniki briqadadan bildirilib.  
"Nadir bir quşu - Rusiya eksperimental kəşfiyyat dronu "Merlin-VR”i 63-cü briqadanın zenitçiləri və pilotsuz hava qüvvələrinin pilotları vurdu.  
Bu dron 5 kilometr yüksəkliyə qədər qalxa bilir və orada 10 saat qalmaq imkanına malikdir ki, bu göstərici "Supercam” və ZALA-dan bir neçə dəfə çoxdur.
Maraqlıdır ki, bu "Merlin”in ardınca iki FPV ekipajı ov edirdi. Əldə etdiyi şansı qaçıran ekipaj, dronun partlayışını və göydə qalıqlarının yayılmasını lentə alıb", - məlumatda deyilir.
Alpər