Ekonomiks 14:07 02.04.2020

“Unimac AZ” MMC koronavirusla mübarizəyə 10 min manat ianə edib

Özəl şirkətlər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımlar davam etdirilir. İnşaat materialları sektorunu təmsil edən "Unimac AZ" MMC bu gün Fonda 10 min manat məbləğində vəsait köçürüb.

Şirkətdən Qaynarino-ya bildirilib ki, Fonda vəsait köçürməklə koronavirusa qarşı ölkə rəhbərliyi tərəfindən aparılan mübarizə tədbirlərini dəstəklədiklərini ifadə ediblər: 

"Bu gün xalqımızın hər şeydən öncə həmrəyliyə ehtiyacı var. İnşallah, sosial tədric tədbirlərinə əməl etməklə, bəşəriyyəti təhdid edən bu bəladan tezliklə ən az itki ilə qurtulacağıq”.