Xəbər lenti

Dünya 16:32 31.07.2022

Urmiya 190 inzibati və kommersiya binası təhlükəli vəziyyətdədir

Cənubi Azərbaycanın Urmiya şəhərində 190-dan çox inzibati və kommersiya binası təhlükəli vəziyyətdədir.

Qaynarinfo bu barədə ILNA agentliyinə istinadən xəbər verir.

Urmiya şəhər şurasının üzvü Murtəza Munafi bildirib ki, bu binalarda qəza baş verərsə, dəyən ziyan həddən artıq böyük olacaq.

"Şəhərin qəza vəziyyətində olan binalarının əksəriyyəti inzibati və ticarət xarakterlidir. Ona görə də bu yerlərə xəbərdarlıq etmək lazımdır, çünki qəza baş verərsə, dəyən ziyan düzəlməz həddə olacaq".

O, Urmiya şəhərinin binalarının 50 faizinin köhnəlmiş və yararsız vəziətində olduğunu, yaşayış binalarının da vəziyyətinin normal olmadığını bildirib.
 
Ölkənin müxtəlif bölgələrində baş verən daşqınların çoxlu insan təlafatına və maliyyə itkilərinə səbəb olduğunu deyən Murtəza Munafi fəsadların qarşısının alınması üçün bələdiyyə və icra orqanlarına lazımi xəbərdarlıqlar edildiyini, Urmiya şəhərində də oxşar hadisələrin baş verə biləcəyini qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->